“Liverpul” 1/4 finalda, MS mübarizəni dayandırdı
Futbol üzrə İngiltərə Liqa kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.
“Arsenal” doğma meydanda “Lids”lə münasibətlərinə aydınlıq gətirib. “Topçular” bu görüşdə inamlı qələbə sayəsində 1/4 finala yüksəliblər.
“Çelsi” “Sauthempton” səddini penaltilərlə keçib. KPR – “Sanderlend” görüşündə isə qonaqlar penalti seriyasında qalib gəlməklə mərhələ adlayıb.
Sonuncu gündə “Tottenhem” “Bernli”ni, “Brentford” “Stok Siti”ni, “Liverpul” isə “Preston”nu mübarizədən kənarlaşdırıb. “Lester Siti” “Brayton”la oyunda penaltilərlə mərhələ adlayıb. “Vest Hem”lə qarşılaşan “Mançester Siti” isə penalti seriyasında uduzmaqla mübarizəni dayandırıb.
İngiltərə Liqa kuboku
1/8 final
26 oktyabr
Arsenal – Lids 2:0
Çelsi – Sauthempton 1:1 (penaltilər 4:3)
KPR – Sanderlend 0:0 (penaltilər 1:3)
27 oktyabr
Bernli – Tottenhem 0:1
Lester Siti – Brayton 2:2 (penaltilər 4:2)
Preston – Liverpul 0:2
Stok Siti – Brentford 1:2
Vest Hem – Mançester Siti 0:0 (penaltilər 5:3)
Bizi Facebook-da izləyin