Çelenc Kuboku: “Xarı Bülbül” bu gün cavab oyununa çıxacaq

Bu gün kişi voleybolçulardan ibarət “Xarı Bülbül” komandası Çelenc Kubokunda növbəti oyununu keçirəcək.

Komanda.az xəbər verir ki, Şuşa təmsilçisi 1/32 finalın cavab oyununda Slovakiyanın “TJ Spartak” klubu ilə üz-üzə gələcək.

Bakıdakı Voleybol Mərkəzində keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək. “Xarı Bülbül” ötən gün eyni arenada baş tutan ilk oyunda inamlı qələbə qazanıb – 3:0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button