Çeferin yenidən UEFA prezidenti seçildi
Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib.
Komanda.az xəbər verir ki, 56 yaşlı sloveniyalı futbol adamı bu posta yeganə namizəd olub.
O, Portuqaliyanın paytaxtı Lissabonda keçirilən UEFA-nın konqresində 4 illik müddətə yenidən seçilib.
Çeferin 2016-cı ildən Avropa futbol qurumunun rəhbəridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin