Çeferin Avropa Super Liqası haqda: “Görünür, onlar paralel dünyada yaşayırlar”

UEFA prezidenti Aleksander Çeferin növbəti dəfə Avropa Super Liqası layihəsinin təşkilatçılarını qınayıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, UEFA prezidenti, Super Liqa layihəsinin müəlliflərinin yeni formatda turnir keçirmək ideyası ilə bağlı fikirlərini bildirib:

“Əvvəlcə onlar bu gülünc ideyanı koronavirus pandemiyasının ortasında işə saldılar. İndi isə bunu Rusiyanın başlatdığı hərbi böhranın ortasında yenidən etməyi planlaşdırırlar. Görünür, onlar paralel dünyada yaşayırlar”.

Bu gün “Yuventus”un prezidenti Andrea Anyellinin Super Liqanın 20 iştirakçı və iki divizion şəklində olmaqla yeni layihəsini təqdim edəcəyi ilə bağlı məlumat yayılıb.

Ötən il aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real”, “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Super Liqasını yaratdıqlarını açıqlayıblar. Lakin sonradan “Real”, “Barselona” və “Yuventus”dan başqa, digər klublar turnirdən imtina ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button