UEFA-nın rəhbəri Avropa Birliyi dövlətlərinə səsləndi
UEFA-nın prezidenti Aleksander Çeferin Brüsseldə (Belçika) Avropa Birliyinin 27 ölkəsinin nümayəndələri ilə görüşüb.
Komanda.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, sloveniyalı funksioner futbolun təkcə pul və bazardan ibarət olmadığını bildirib:
“Artıq 70 ildir ki, Avropa idman modeli açıqlığa, həmrəyliyə və idman olan hər şeyin ictimai əhəmiyyətinin tanınmasına əsaslanır. UEFA təşkilatın yarandığı ilk gündən bu prinsipləri rəhbər tutur. Lakin biz belə bir modeli tək təmsil edə bilmərik, hökumətlərin dəstəyinə ehtiyacımız var”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin