Çempionlar Liqası: “Qarabağ” yenə “Şerif”lə qarşılaşa bilər!
Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Komanda.az xəbər verir ki, mərasim İsveçrənin Nyon şəhərində təşkil edilib və Bakı vaxtilə saat 14:00-da başlanıb. Tədbirdə “Qarabağ”ın da bu mərhələdəki potensial rəqibi müəyyənləşib.
“Köhlən atlar” turnirin 1-ci təsnifat mərhələsindəki rəqibi Şimali Makedoniyanın “Sileks” klubunu keçəcəyi halda, 2-ci təsnifat mərhələsində “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.
2-ci təsnifat mərhələsində “Qarabağ” – “Sileks” cütünün qalibi ev sahibi olacaq.
“Qarabağ” əvvəllər də Çempionlar Liqasında “Şerif”lə qarşılaşıb.
2-ci təsnifat mərhələsinin qarşılaşmaları 25-26 avqustda keçiriləcək.
UEFA Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi
Floriana (Malta) – ÇFR (Kluj, Rumıniya) cütünün qalibi / Dinamo (Zaqreb, Xorvatiya)
Yanq Boyz (İsveçrə) / Kİ (Klaksvik, Farer adaları) – Slovan (Bratislava, Slovakiya) cütü
Seltik (Şotlandiya) – KR (Reykyavik, İslandiya) cütü / Ferentsvaroş (Macarıstan) – Yurqorden (İsveç) cütü
Qarabağ (Azərbaycan) – Sileks (Şimali Makedoniya) cütü – Şerif (Moldova) / Fola Eş (Lüksemburq) cütü
Dinamo (Brest, Belarus) – Astana (Qazaxıstan) cütü / Konnas Ki (Uels) – Sarayevo (Bosniya və Herseqovina) cütü
Srvena Zvezda (Serbiya) – Europa (Cəbəllütariq) cütü / Dinamo (Tbilisi, Gürcüstan) – Tirana (Albaniya) cütü
Seltik (Şotlandiya)/Reykyavik (İslandiya) cütü – Ferensvaroş (Macarıstan) / Yurqorden (İsveç) cütünün qalibi
Flora (Estoniya)/Suduva (Litva) cütü – Makkabi (Təl-Əviv, İsrail) / Riqa (Latviya) cütünün qalibi
Legiya (Polşa) / Drita (Kosovo) / Linfild (Şimali İrlandiya) cütünün qalibi – Ararat (Ermənistan) / Omoniya (Kipr) cütünün qalibi
Çelye (Sloveniya) / Dandolk (İrlandiya) cütü – Molde (Norveç) / KuPS (Finlandiya) cütünün qalibi
AZ Alkmaar (Niderland) – Viktoriya (Çexiya)
PAOK (Yunanıstan) – Beşiktaş (Türkiyə)
Lokomotiv (Zaqreb, Xorvatiya) – Rapid (Vyana, Avstriya)
Bizi Facebook-da izləyin