Cavid Hüseynov “Şamaxı”dan gedir? – Klub rəsmisindən açıqlama
Yerli mətbuatda “Şamaxı”nın çalışdırıcısı Cavid Hüseynovun cari mövsümün sonunda “Şamaxı”nı tərk edəcəyi ilə bağlı xəbər yayılıb. Eyni zamanda, bildirilib ki, bölgə təmsilçisi elitada qalsa belə, o, postunu tərk edəcək.
Məsələ ilə bağlı “Şamaxı”nın mətbuat xidmətinin rəhbəri Yusif Hüseynovla əlaqə saxladıq. Klub sözçüsü Komanda.az-a açıqlamasında bu haqda düşünmədiklərini dilə gətirdi:
“Bu xəbəri biz də mətbuatdan oxumuşuq. Hazırda məşqçilər heyəti ilə müqaviləmiz var, bu haqda heç fikirləşmirik. Komanda olaraq bütün diqqətimiz son altı oyuna yönəlib. Çalışırıq ki, həmin matçlarda ən yaxşı nəticələri qazanaq”.
“Şamaxı” hazırda Azərbaycan Premyer Liqasının turnir cədvəlində 22 xalla 9-cu pillədə qərarlaşıb.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin