“Cavab matçında “Qəbələ”yə qarşı daha sürətli oynayacağıq”
Macarıstanın “Fehervar” komandasının baş məşqçisi Mixael Boris Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Komanda.az xəbər verir ki, Almaniyadan olan 47 yaşlı mütəxəsis 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“İlk 20 dəqiqə istədiyimiz kimi getmədi. Sürətli oyun görə bilmədim. Bəzi məqamlarda çətinlik çəkdik. Komandam hesab bərabərləşdikdən sonra öz oyununu tapdı. Nəticədən razıyam. Amma oyun planında heç də hər şey ideal deyil. Bundan sonra tamamilə cavab qarşılaşmasına köklənəcəyik. Səfərdə daha sürətli oyun sərgiləyəcəyik. Bu matçın son 20 dəqiqəsindəki kimi mübarizə aparmağa çalışacağıq. Sabahdan cavab oyununa hazırlaşacağıq”.
Bu komandalar arasındakı cavab görüşü iyulun 28-də Qəbələdə baş tutacaq.
Bizi Facebook-da izləyin