“Məndə geri çəkilmək yoxdur” – “Qəbələ”nin baş məşqçisi

“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze Premyer Liqanın 3-cü turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi 1:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:

“Əvvəlcə “Qarabağ”ı və keçmiş komandam “Kayrat”ı Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edirəm.

Oyuna gəlincə, rəqib yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Bu mövsüm avrokuboklarda çıxış etdilər. Artıq 3-cü oyundur ki, qol vurduğumuz matçda üstünlüyü qoruyub saxlaya bilmirik. Bu, bir çox futbolçularımızın təcrübəsinin olmaması ilə əlaqədardır. Amma məndə geri çəkilmək yoxdur. Çatışmayan cəhətlərimizin üzərində çalışacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button