
CAS Nurlan İbrahimovla bağlı qərarı marta saxladı
İdman Arbitraj Məhkəməsi (CAS) “Qarabağ” klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsi ilə bağlı qərarını növbəti dəfə təxirə salıb.
Komanda.az xəbər verir ki, bu qərarın daha öncə dekabrın 22-də açıqlanması nəzərdə tutulmuşdu. Lakin həmin vaxt sözügedən qurum qərarın dekabrın 22-də yox, yanvarın 27-də açıqlanacağını bildirmişdi.
CAS bu qərarın açıqlanma tarixini yenidən dəyişib. Bu barədə Nurlan İbrahimov sosial şəbəkə hesabında paylaşım edib. O, qərarın martın 22-də açıqlanacağını qeyd edib.
Xatırladaq ki, Nurlan İbrahimov 44 günlük müharibə zamanı “facebook” hesabında ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. Lakin o, bu qərardan CAS-a şikayət edib.
Bizi Facebook-da izləyin