CAS Nurlan İbrahimovla bağlı qərarını gələn ilə saxladı

İdman Arbitraj Məhkəməsi (CAS) “Qarabağ” klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsi ilə bağlı qərarını dekabrın 22-də açıqlamalı idi.

Komanda.az xəbər verir ki, sözügedən qurum bu qərarın açıqlanma tarixini yenidən dəyişib.

Bu barədə Nurlan İbrahimov sosial şəbəkə hesabında paylaşım edib. O, qərarın dekabrın 22-də yox, yanvarın 27-də açıqlanacağını bildirib.

Xatırladaq ki, Nurlan İbrahimov 44 günlük müharibə zamanı “facebook” hesabında ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. Lakin o, bu qərardan CAS-a şikayət edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button