CAS “Mançester Siti” ilə bağlı qərar verir – Tarix açıqlandı

İdman Arbitraj Məhkəməsinin (CAS) iki il müddətinə avrokuboklardan uzaqlaşdırılan “Mançester Siti” ilə bağlı yekun qərarı açıqlayacağı tarix müəyyənləşib.

Komanda.az xəbər verir ki, “şəhərlilər”in şikayətinə iyulun 13-də baxacaq qurum, yekun qərarı açıqlayacaq.

Maliyyə feyr-pley qaydalarını pozduğu üçün UEFA tərəfindən qarşıdakı 2 il müddətinə Çempionlar Liqası və Avropa Liqasından kənarlaşdırılan “Mançester Siti” 30 milyon avro məbləğində cərimələnmişdi. Bu qərardan sonra klub avrokuboklarla bağlı qərara etiraz edərək, CAS-a müraciət ünvanlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button