“Ümid edirəm ki, bu vəziyyət dəyişər” – “Real”ın futbolçusu

Son zamanlar göstərdiyi oyunla müzakirə olunan “Real”ın futbolçusu Luka Yoviç açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu, “kral klubu”ndakı vəziyyəti ilə bağlı danışıb:

“Açığı, cari mövsümdəki çıxışımdan razı deyiləm. Çünki daha yaxşı ola biləcəyimi bilirəm. Bəzən keçənilki oyunların videosunu izləyirəm və nəyin səhv olduğunu düşünürəm. “Real”ın böyük klub olduğunu və hətta təcrübəli futbolçuların belə, çətin öyrəşdiyini bilirik. 21 yaşlı futbolçu üçün 60 milyon avro ödədilər. Buna görə də, böyük təzyiq var. Hazırda heç bir uğurum olmadan mübarizə aparıram, amma ümid edirəm ki, bu vəziyyət dəyişər. Ölkəm Serbiyada insanların “Real”dakı çıxışım haqqında danışarkən, bədbin olduqlarını hiss edirəm. Amma hər şeyi daha yaxşı edəcəm, çünki burda olmaq üçün lazımi keyfiyyətə sahibəm”.

Serbiyalı futbolçu yayda “Ayntraxt”dan “Real”a transfer olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button