Canni De Byazidən AFFA rəhbərliyinə təşəkkür

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi AFFA ilə yeni müqavilə bağlamasına münasibət bildirib.

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis sosial şəbəkə hesabında bunları qeyd edib:

“Milli komandamızla indiyədək görülən işləri müsbət qiymətləndirdikləri üçün Federasiyaya, xüsusən də prezident Rövnəq Abdullayevə və İcraiyyə Komitəsinə şəxsən öz təşəkkürümü bildirirəm. Biz meydanda işi optimallaşdırmaq üçün oyunçular, menecerlər və azarkeşlər üçün qane edə biləcək şərait yaratmışıq. İndi bizi iddialı və gərgin sınaq, Almaniyada keçiriləcək AÇ-2024-ün təsnifat mərhələsi gözləyir. İndi bizi iddialı və gərgin sınaq, 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının təsnifat mərhələsi gözləyir. Mənimlə inamla addımlayan futbolçularımıa, meydanda və ondan kənarda əzmlə çalışanlara təşşəkkürümü bildirirəm. Onların mənim üçün cox dəyərli olduğunu bildirmək istəyirəm”.

Xatırladaq ki, Canni De Byazi ilə müqavilənin müddəti növbəti seçmə mərhələnin sonunadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button