Canni De Byazi: “Həmişə bildiyimiz oyuna qayıdacağıq”
“Malta ilə oyuna görə narahat idim. Əminəm ki, komanda daha artığını edə bilər. Sabah bunu göstərməliyik. İlk növbədə özümüzə inanmalıyıq”.
Komanda.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Latviyaya qarşı keçirəcəkləri yoxlama oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, Malta ilə matçdan sonra futbolçularla danışdığını söyləyib:
“Sabah yaxşı oyun göstərməliyik. Ötən matçda taktiki problemlər oldu. Həmişə bildiyimiz oyuna qayıdacağıq. Yaxşı oynasaq, topla rahat davransaq, bir-birimizi meydanda dəstəkləsək, hər bir rəqibə qarşı oynaya bilərik. Futbolda mümkün olmayan bir şey yoxdur. Reytinqdə 67-ci pillədə olan Şimali Makedoniya İtaliyaya qalib gəldi. Bunun üçün ən əsası özümüzə inanmalıyıq”.
Martın 29-da keçiriləcək Azərbaycan – Latviya matçı saat 15:00-da başlayacaq.
Bizi Facebook-da izləyin