Canni De Byazi: “Bakıda Tanrı kimi yaşayıram”
“Üç milyon əhalisi olan Bakıda Tanrı kimi yaşayırsan. Şəhərin köhnə hissəsi o qədər gözəldir ki, ətrafdakı qala divarları ilə birlikdə YUNESKO-nun mədəni irsi siyahısına daxil edilib”.
Komanda.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi söyləyib.
Ölkəsinin mətbuatına açıqlama verən italiyalı mütəxəssis bildirib ki, demək olar, bütün əcnəbilərin yaşadığı kompleksdə, dəniz sahilində mənzili var:
“Getdiyiniz yerdən asılı olmayaraq, hər zaman yollarda sıxlıq və tıxac olur. Burada hər cür mətbəxi olan restoranlar, italyan məhsulları satan supermarketlər var”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin