Cangüdəni bu dəfə Messini “qoruya bilmədi”
Lionel Messini şəxsi mühafizəçisi müşayiət edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Yassin Çueko bir vaxtlar ABŞ ordusunda əsgər olub, indi argentinalı futbolçunun təhlükəsizliyini təmin edir və çoxlu pul alır.
Messi üçün işləmək Yassini məşhur edib. İnsanlar tez-tez şahin kimi görünən və Messiyə yaxınlaşmaq üçün meydançaya qaçan azarkeşlərin qarşısını almağa çalışan cangüdənin videolarını müzakirə edirlər.
Yassinin işi həmişə rəvan getmir. “İnter Mayami”nin son yoldaşlıq görüşü zamanı Messinin yanına getməyə çalışan bir azarkeşə görə mühafizəçi növbəti dəfə meydançaya qaçmaq məcburiyyətində qalıb. Hansısa məqamda azarkeşin ayağı ilişib və o, yerə yıxılıb. Daha sonra ayağa qalxan azarkeş cangüdəndən aralanıb və bir neçə saniyəliyinə də olsa Messini qucaqlaya bilib.
Bizi Facebook-da izləyin