“Çelsi” qurtulmaq istədiyi futbolçunu ABŞ toplanışına aparmayıb

“Çelsi”nin müdafiəçisi Trevo Çaloba komanda ilə ABŞ-dakı mövsümöncəsi təlim-məşq toplanışına getməyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu oyunçusunun Londonda qalmasını istəyib.

“Çelsi”nin belə qərara gəlməsinə səbəb rəhbərliyin Çalobanı heyətdə əlavə müdafiəçi kimi görməsidir. Komanda ilə ABŞ-a gedən Aksel Disasi, Tosin Adarabiyo və Uesli Fofana sağ mərkəz müdafiəçisi mövqeyində oynaya bilər.

Çaloba “Çelsi”dən ayrılmaq istəmir, lakin rəhbərlik futbolçunu fikrindən daşınmağa məcbur edə bilər.

İngiltərəli futbolçu ötən mövsümü sabiq baş məşqçi Maurisio Poçettinonun rəhbərliyi altında “Çelsi”nin əsas müdafiəçisi kimi başa vurmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button