“Çalışırıq ki, bu futbola da öyrəşək” – Soltanov
Mini-futbol üzrə Azərbaycan milli komandasının üzvü Bəxtiyar Soltanov jurnalistlərə açıqlama verib.
Komanda.az xəbər verir ki, Soltanov Avropa çempionatına hazırlıqla bağlı fikirlərini bildirib:
“Komanda iki aydan çoxdur ki, Avropa çempionatına hazırlaşır. Gündəlik məşqlər edirik. Komanda turnirə hazırdır. İkinci dəfədir ki, Avropa çempionatında iştirak edəcəyik. Bacardığımız qədər öncə qrupdan çıxmağa çalışacağıq. Daha sonra növbəti mərhələləri fikirləşəcəyik.
Bizim üçün qrupda daha çətin komanda Rumıniyadır. Səhv etmirəmsə, 7 qat Avropa çempionlarıdır. İspaniyanı yox, əvvəlcə Rumıniyanı fikirləşirik. Qrup çətindir, çıxmağa çalışacağıq. Rəhbərlik bildirib ki, qrupdan çıxmaq lazımdır. Əsad məqsəd budur. Öncəki ildə qrupda qalmışdıq.
Komandanın potensialı? Mən birinci dəfədir gedirəm, bir söz deyə bilməyəcəm. Rəqibləri də görməmişəm. Ancaq internet vasitəsilə baxmışam. İnanıram k,i yüksək yerlər üçün oynaya bilərik. Mənim üçün böyük futbol oynamaq daha rahatdır. Buranı tutmaq çətindir. Balaca futboldur, temp çoxdur, tez-tez dəyişikliklər olur deyə, adama çətin gəlir. Çalışırıq ki, bu futbola da öyrəşək. Burada da hücumda oynayıram. Potensialı görürəm. İnşallah, çimərlik yığmamızı da üstələyərik nəticələrdə”.
Avropa çempionatında 24 komanda 6 qrupda yarışacaq. Azərbaycan millisi Rumıniya, İspaniya və Albaniya ilə eyni qrupda mübarizə aparacaq.
Mehri Qurban
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin