“Çalışıram ki, tam formamı yığım” – Odina Əliyeva

“İslamiadaya və Avropa çempionatının təsnifat oyunlarına hazırlığımız yüksək səviyyədə davam edir. İyulun 1-dən etibarən mən də millimizin məşqlərinə qoşulmuşam. Məşqlərə başladığım gündən etibarən çalışıram ki, tam formamı yığım. Komandamızda yüksək əhval-ruhiyyə var”.

Komanda.az xəbər verir ki, Azərbaycanın qadın voleybolu üzrə millisinin hücumçusu Odina Əliyeva deyib.

O, milli komandanın Sloveniyadakı təlim-məşq toplanışı və Konyada keçiriləcək İslam Həmrəyliyi Oyunlarındakı çıxışından danışıb:

“Hazırda Sloveniyada təlim-məşqlərimiz davam edir və burada yerli yığma ilə bir neçə yoxlama matçı da keçirəcəyik. Bu ayın sonunadək Mariborda hazırlığım davam edəcək. Ardınca Bakıya qayıdacaq və avqustun 5-də Türkiyəyə yola düşəcəyik.

İnanıram ki, İslam Həmrəyliyi Oyunlarında və Avropa çempionatının təsnifat mərhələsində uğurlu çıxış edəcək və qarşımızda qoyulan məqsədlərə çatacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button