“Çalışacağıq biz də meydandan qalib ayrılaq”
Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sabah Xorvatiyanın Zapreşiç şəhərindəki “İvan Lalyak-İliç” stadionunda keçiriləcək Monteneqro ilə oyundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, “Qarabağ”ın formasını geyinən qolkiper bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Emil Balayevlə yaxşı həmkar, dost və qardaş münasibətimiz var. Onunla rəqabət aparmaq çətindir. Xalqımızın qələbə qazandığı vacib günlərdə biz də çalışacağıq meydandan qalib kimi ayrılaq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin