Çalhanoğlu karyerasını bitirmək istədiyi klubun adını açıqladı
“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu karyerasının sonuna kimi bu klubda qalmaq istədiyini açıqlayıb.
Çalhanoğlunun iyunda “Bayern”ə keçidi fəal şəkildə müzakirə edilib. O, indi bu şayiələrin doğru olduğunu təsdiqləyib.
Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, türk futbolçu “Bayern”in bu yay onu heyətinə qatmaq istədiyini bildirib:
“Bayern” yayda məni heyətinə qatmaq istəyirdi, amma mən karyeramı “İnter”də bitirməyə üstünlük verərdim. Klubla UEFA Çempionlar Liqasını qazanmaq arzusundayam”.
30 yaşlı oyunçunun “İnter”lə müqaviləsi 2027-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin