“Son aylarda müxtəlif klublardan təkliflər almışam” – Çalhanoğlu
Türkiyə millisinin UEFA Millətlər Liqasında İslandiya yığması üzərində qazandığı qələbədən (3:1) sonra “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu yayda adı ətrafında dolaşan transfer söz-söhbətlərindən danışıb.
Komanda.az “fcinternews.it”-ə istinadən xəbər verir ki, türkiyəli futbolçu son aylarda müxtəlif klublardan təkliflər aldığnı bildirib:
“Son aylarda müxtəlif klublardan təkliflər almışam. Amma həmişə demişəm ki, “İnter”də qalacam. Hər halda, “İnter” məni heç yerə buraxmaz. Buna görə də, öz-özümə dedim ki, bu, mənim nəzarətimdən kənardadır və mümkün olan ən yüksək səviyyədə oynamağa davam edirəm.
Milli komandaya gəlincə, burada yüz oyun keçirmək istəyirəm! Bu, mənim həmişə arzum olub”.
Mətbuat Çalhanoğlunu ona 4 illik müqavilə və maaş artımı təklif etməyə hazır olan “Bayern”ə keçidlə əlaqələndirirdi. 30 yaşlı yarımmüdafiəçinin imtinasından sonra Münhen klubu meydanın mərkəzini “Fulhem”in portuqaliyalı yarımmüdafiəçisi Joao Palinya ilə gücləndirib.
Bizi Facebook-da izləyin