
Çalhanoğlu “İnter” rəhbərliyi və kapitanla görüşəcək
“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu xoşagəlməz duruma düşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, milanlılar Klublararası dünya çempionatından kənarlaşdırıldıqdan sonra kapitan Lautaro Martines bəzi oyunçuların “komandada oynamaq istəmədiyini” deyib və klub prezidenti Cüzeppe Marotta açıq şəkildə onun Çalhanoğlunu nəzərdə tutduğunu bildirib.
Bundan sonra mətbuatda türk futbolçunun tezliklə “Fənərbaxça”ya və ya “Qalatasaray”a transferi ilə bağlı söz-söhbətlər yayıldı. Onun agenti isə bir müddət əvvəl Türkiyəyə keçidi ilə bağlı məlumatları təkzib etdi.
Yeni mövsüm başlamazdan əvvəl Çalhanoğlu, Lautaro Martines və “İnter” rəhbərliyi ilə vəziyyəti həll etməli olacaq. Futbolçular münaqişəni həll etmək və baş verənləri unutdurmaq üçün klub rəhbərliyi ilə görüş keçirəcəklər.
Bizi Facebook-da izləyin



