Çalhanoğlu qışda Türkiyə klubuna keçə bilər

“İnter”in və Türkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlu karyerasını doğma ölkəsində davam etdirə bilər.

Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçuya “Qalatasaray” maraq göstərir.

“Cim-bom” türk yarımmüdafiəçini qış transfer pəncərəsində heyətinə qatmaq niyyətindədir. Müqavilənin dəyəri təxminən 10 milyon avro civarında qiymətləndirilir.

Çalhanoğlu 2021-ci ilin yayından bəri “İnter”in formasını geyinir. O, ötən mövsüm 47 oyuna çıxaraq, 11 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button