
Çalhanoğlu Türkiyə klubuna keçmək üçün bütün güzəştlərə hazırdır
“İnter”in türk yarımmüdafiəçisi Hakan Çalhanoğlu karyerasını vətənində davam etdirmək niyyətindədir.
Komanda.az xəbər verir ki, bu barədə “Fotomac” məlumat yayıb.
31 yaşlı futbolçu “Qalatasaray”a aydın mesaj göndərərək transferin baş tutması üçün bütün güzəştlərə hazır olduğunu bildirib. Ardınca İstanbul klubunun rəhbərliyi “İnter”in prezidenti Beppe Marotta ilə görüş keçirib.
Milan klubu əvvəlcə Çalhanoğlunu qışa qədər buraxmaq istəmirdi. Ancaq vəziyyət dəyişə bilər, çünki “Qalatasaray” 12 sentyabra qədər keçidi rəsmiləşdirməyə çalışır. İstanbul təmsilçisinin rəsmi təklifi 15–20 milyon avro təşkil edib.
Çalhanoğlu 2021-ci ildən “İnter”də çıxış edir. O, cari mövsümdə A Seriyasının bir oyununda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



