
Çalhanoğlu qərarını verib
“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu bu yay komandadan ayrılmaq istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu Milan klubu ilə yollarını ayırmağa qərar verib və karyerasını doğma vətənində – “Qalatasaray”da davam etdirməkdə maraqlıdır.
Hələ iyunda müxtəlif mənbələr türk futbolçunun “Qalatasaray”la şifahi razılığa gəldiyini bildirmişdi. Son günlərdə isə “İnter”in prezidenti Cüzeppe Marotta açıq şəkildə bildirib ki, klub onu saxlamaqda maraqlı deyil:
“Kim komandada qalmaq istəmirsə, gedə bilər”.
Hazırda “Qalatasaray”ı Çalhanoğlunun transfer şərtləri ilə bağlı “İnter”lə razılığa gəlmək gözləyir. Hakanın müqaviləsinin müddəti 2027-ci ilə qədərdir və A Seriyası təmsilçisi onu pulsuz buraxmaq niyyətində deyil. Məlumatlara görə, “İnter” 35-40 milyon avro arası məbləğ tələb edə bilər.
Bizi Facebook-da izləyin



