Çalhanoğlu: “İnter”də qalıram”
“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu “Bayern”ə keçəcəyi ilə bağlı yayılan xəbərlərdən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, türkiyəli futbolçu Milan klubunda xoşbəxt olduğunu bildirib:
“İnter”də qalıram, çünki bu klubda xoşbəxtəm. Ailəm özünü rahat hiss edir. Uşaqlar məktəbə gedir, mənimlə hər şey qaydasındadır. Ona görə də, ayrılıq barədə düşünmürəm”.
Çalhanoğlu iyulun 6-da Türkiyə millisi ilə Avropa çempionatının 1/4 finalında Niderlanda qarşı oynayacaq. Türkiyəli futbolçu daha əvvəl Almaniya Bundesliqasında “Hamburq” və “Bayer” kimi klublarda çıxış edib.
30 yaşlı yarımmüdafiəçi A Seriyasının son mövsümündə 13 qol vurub, 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin