Çalhanoğlu ərəblərin təklifindən imtina edib

“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğluya Səudiyyə Ərəbistanından təklif gəlib.

Komanda.az “La Gazetta dello Sport”-a istinadən xəbər verir ki, “Əl-Hilal” türkiyəli futbolçunu heyətə cəlb etmək istəyir.

Ərəblər 29 yaşlı futbolçuya illik 18 milyon avro təklif ediblər. Ancaq o, bundan imtina edib. “Əl-Hilal”ın mövsümün sonunda Çalhanoğluna yeni bir təklif göndərəcəyi bildirilir.

Çalhanoğlu bu mövsüm “İnter”də 21 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button