Türk futbolçu özünü Avropanın ən yaxşı yarımmüdafiəçisi sayır
“İnter”in futbolçusu Hakan Çalhanoğlu Avropanın ən yaxşı yarımmüdafiəçisinin adını açıqlayıb.
Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, türkiyəli futbolçu özünün daim inkişaf etdiyini bildirib:
“Mən özümü ən yaxşı hesab edirəm. Həqiqətən də, belə fikrim var. Bilirəm ki, ətrafda çoxlu güclü oyunçular və çempionlar var, amma mən daim inkişaf edirəm”.
Çalhanoğlu ötən mövsüm “İnter”in heyətində 40 matçda iştirak edib, 15 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin