
Caka İngiltərəyə gedib – Yeni klubuna qoşulmaq üçün
Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Qranit Caka karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu artıq tibbi müayinədən keçmək üçün “Sanderlend”in düşərgəsinə gəlib. Müayinədən sonra onun iki illik müqavilə imzalayacağı gözlənilir.
Klublar arasında transfer şərtləri artıq razılaşdırılıb. “Sanderlend” bu keçid üçün 20 milyon avro ödəyəcək.
İsveçrəli futbolçu son mövsümdə “Bayer” formasında bütün turnirlərdə 49 oyun keçirib, 2 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
“Sanderlend” bu ilin yazında keçirdiyi pley-off oyunlarında qalib gələrək Premyer Liqaya vəsiqə qazanıb və yeni mövsümə iddialı heyətlə başlamağı planlaşdırır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin