Caka İngiltərə klubunda – Rəsmi

“Sanderlend” Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Qranit Cakanın transferini rəsmən elan edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, isveçrəli futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Transferin əsas məbləği 15, əlavə 5 milyon avro isə bonuslar şəklində nəzərdə tutulub.

32 yaşlı futbolçu son mövsümdə Almaniya Bundesliqasında 33 oyuna çıxıb, 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button