
Çağırış Kuboku: “Azərreyl” cavab oyununa çıxır
Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çağırış Kubokunda növbəti oyununu keçirəcək.
Komanda.az xəbər verir ki, komanda 1/32 final mərhələsinin cavab oyununda Slovakiya təmsilçisi “Slaviya” ilə qarşılaşacaq.
Dərnəgül Voleybol Mərkəzindəki qarşılaşma saat 18:00-da başlayacaq.
“Azərreyl” ilk görüşdə rəqibini 3:1 hesabı ilə məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin