Çağırış Kuboku: Azərbaycan təmsilçiləri cavab oyununa çıxır

Azərbaycanın voleybol klubları bu gün Çağırış Kubokunda növbəti oyunlarına çıxacaqlar.

Komanda.az xəbər verir ki, kişi voleybolçulardan ibarət “Murov” komandası 1/8 final mərhələsinin cavab matçında Niderland təmsilçisi “Orion”u qəbul edəcək.

Bakıdakı Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşma saat 18:00-da başlayacaq. İlk görüşdə ölkə çempionu məğlub olub – 1:3.

Qadınlardan ibarət “Azərreyl” kollektivi isə Almaniyada “VfB SUHL Thüringen”in müqavimətini qırmağa çalışacaq. Komanda ötən gün ilk oyunda uduzub (1:3).

Tərəflər arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, görüşlər Almaniyada keçirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button