Poqba bu gündən “azad”dır

“Mançester Yunayted”in və “Yuventus”un keçmiş yarımmüdafiəçisi Pol Poqba qadağan olunmuş maddələrdən istifadə etdiyi üçün diskvalifikasiya olunub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu bu gündən etibarən yaşıl meydanlara qayıda bilər.

Təcrübəli oyunçu hazırda azad agentdir. Poqbaya iddialılardan biri də “Marsel”dir. Onunla MLS təmsilçisi “İnter Mayami” də maraqlanır. Poqba özü Avropanın yüksək liqalarında çıxış edən klublardan birinə keçməkdə maraqlıdır.

31 yaşlı yarımmüdafiəçinin son iş yeri “Yuventus” olub. Tərəflər ötən ilin payızında əməkdaşlığı dayandırıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button