“Çətin vəziyyətlərin öhdəsindən gəlmək üçün baza qurmağa vaxtımız yoxdur”
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komandanın son matçlardakı uğursuzluqlarının əsas səbəblərindən birini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Düşünürəm ki, oyunçular ilk qolu buraxdıqda hər şeyi, məşqdə tətbiq etdiyimiz xırda şeyləri itirirlər. Onlar plana əməl etməyi dayandırırlar, çünki çətin vəziyyətlərin öhdəsindən gəlmək üçün baza qurmağa vaxtımız yoxdur”.
“Mançester Yunayted” yeni baş məşqçisinin rəhbərliyi altında keçirdiyi 8 Premyer Liqa oyunundan beşində məğlub olub. “Qırmızı şeytanlar” dünən “Old Trafford”da “Nyukasl”a 0:2 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin