ÇL: “Çətin oyun olacaq” – İnzaqi
“İnter”in baş məşqçisi Simone İnzaqi “Benfika” ilə oyun haqda danışıb.
Komanda.az “La Repubblica”-ya istinadən xəbər verir ki, o, oktyabrın 3-də baş tutacaq matç haqda bunları söyləyib:
“Çətin oyun olacaq, biz çox yüksək intensivliklə oynayan komanda ilə qarşılaşacağıq. Yeni qapıçı, iki fərqli yarımmüdafiəçi, mərkəz hücumçusu – bir neçə oyunçu dəyişib. Ancaq oyunun prinsipləri eyni qalıb.
Gərgin oyun keçirəcəyik. Qonaq komanda ötən mövsüm davranışlarına görə onlara qarşı sanksiyalar tətbiq edən UEFA-nın qərarına görə azarkeşlərinin dəstəyini qazana bilməyəcək”.
Bu gün “İnter” Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində “Benfika” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin