“Mən “Real”ı sevirəm”
“Real”ın hücumçusu Marko Asensio klubla sözləşməsinin mümkün uzadılması ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, çox çətin dövrlər yaşadığını söyləyib:
“Mən “Real”ı sevirəm. Çox çətin dövrlər yaşamışam. Komanda yoldaşlarım məni dəstəkləyirlər, “Real”a olan hisslərimi başa düşürlər”.
27 yaşlı futbolçunun “kral klubu” ilə hazırkı müqaviləsi 2022/23 mövsümünün sonunda başa çatacaq.
Asensio cari mövsümdə “Real”ın heyətində 40 oyuna çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin