Azarkeşlərdən üzr istədi – Milli komandanın futbolçusu

İngiltərə millisinin müdafiəçisi Harri Maquayr UEFA Millətlər Liqasının 6-cı turunun Almaniya ilə oyunundakı (3:3) səhvlərinə görə yığma komandanın azarkeşlərindən üzr istəyib. 

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted”in futbolçusu komandasının buraxdığı ilk iki qolda səhvə yol verib. Sonra ingilislər ardıcıl üç qol vursalar da, oyun bərabərliklə bitib. Maquayr sosial şəbəkə hesabında bu sözləri yazıb:

“Səhvlər oyunun bir hissəsidir, üzr istəyirəm. Böyük güc və ruh bizə yenidən oyuna qayıtmağa imkan verdi. Gəlin müsbət cəhətləri götürək və Qətərdə keçiriləcək dünya çempionatını səbirsizliklə gözləyək. Çətin dövrlər bizi daha güclü edəcək”.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button