
Haland: “Keçmişi unudub, irəliyə baxmalıyıq”
“Mançester Siti”nin hücumçusu Erlinq Haland sosial şəbəkə vasitəsilə İngiltərə çempionatının 14-cü turunda “Nottingem Forest” üzərində qələbəni (0:3) şərh edib.
Komanda.az xəbər verir ki, norveçli futbolçu sosial şəbəkə hesabındakı paylaşımında çətin dövrdən sonra “sərin qələbə” qazandıqlarını bildirib:
“Çətin dövrdən sonra “sərin qələbə” qazandıq. Biz keçmişi unudub, irəliyə baxmalıyıq”.
“Mançester Siti” Premyer Liqada keçirdiyi 14 oyundan sonra 26 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Pep Qvardiolanın yetirmələri 1-ci olan “Liverpul”dan 9 xal geri qalır.
Haland İngiltərə çempionatının cari mövsümündə 14 oyun keçirib və 12 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin