Cənubi azərbaycanlı güləşçi Azərbaycan səfirliyinə hücumla bağlı çağırış etdi
Çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi və yunan-Roma güləşi üzrə yığmanın keçmiş üzvü Oyan Nəzəriani ölkə idmançılarına çağırış edib.
Komanda.az xəbər verir ki, 28 yaşlı güləşçi şəxsi “instaqram” səhifəsində paylaşım edərək, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə edilən hücumu pisləyib.
“Azərbaycan səfirliyinə və bayrağımıza edilən şərəfsiz təcavüzü qınayıram! Şübhəsiz ki, bu hücum cəzasız qalmayacaq”, – sözlərini yazan Nəzəriani bütün Azərbaycan idmançılarını bayraqla olan şəkillərini paylaşaraq, Vətən düşmənlərinə yerlərini göstərməyə çağırıb.
Oyan fikirlərini Bəxtiyar Vahabzadənin “Bayraq” şeirindəki misralarla tamamlayıb:
Bayraq mənliyimdir, bayraq kimliyim
Bayraq öz yurduma öz hakimliyim.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin