Cənubi Amerika superkubokunun qalibi bilindi

Cənubi Amerika superkubokunun cavab matçı keçirilib.

Komanda.az xəbər verir ki, ilk görüşdə səfərdə Ekvadorun “İndepentiente del Valye” klubu ilə 2:2 hesablı heç-heçə edən “Flamenqo”, doğma azarkeşləri qarşısında rəqibini darmadağın edib. Braziliya təmsilçisi üç cavabsız qolla qalib gələrək, superkubokun sahibi olub.

“Flamenqo”nun qollarını Jerson (2) və Qabriel Barbosa vurub.

Braziliya klubu tarixində ilk dəfə Cənubi Amerika superkubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button