“Cəbrayıl” UEFA Region Kubokuna məğlubiyyətlə başladı

Bu gün UEFA Region Kubokunun ilkin seçmə mərhələsinin 2-ci qrupunda ilk oyun keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Cəbrayıl” Belarusun “Kolos” komandası ilə qarşılaşıb. Polşa və İsraildən olan hakimlərin idarə etdiyi matç Azərbaycan komandası üçün uğursuz alınıb. Şamaxıda baş tutan oyunda hesabı 10-cu dəqiqədə Mehman Süleymanlı açıb. Lakin 40-cı dəqiqədə Babək Allahverdiyev qırmızı vərəqə alaraq, “Cəbrayıl”ı azlıqda qoyub. Qonaqlar say üstünlüyündən ikinci hissədə yararlanmağı bacarıblar və əzmkar qələbə qazanıblar.

Bu iki komanda arasında iyunun 26-da daha bir qarşılaşma baş tutacaq.

Xatırladaq ki, 1-ci qrupun ilk tur matçında Gürcüstanın “Basiani” komandası Estoniya təmsilçisi “Tallinna Zapoos”u 3:1 hesabı ilə yenib. İlkin mərhələnin bütün oyunları Azərbaycanda keçirilir.

UEFA Region Kuboku
İlkin mərhələ, 2-ci qrup

24 iyun

Kolos – Cəbrayıl 2:1
Qol:
Denis Simançik, 62. Aleksandr Paleşçuk, 74 – Mehman Süleymanlı, 10.
Qırmızı vərəqə: Babək Allahverdiyev, 40 (“Cəbrayıl”).
Baş hakim: Damian Silvestrjak, Bartoş Kaşinsk (hər ikisi Polşa), Paskal Hirzel, Luka Sibelli (hər ikisi İsveçrə).
Şamaxı şəhər stadionu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button