“Çelsi”nin baş məşqçisi: “Hər kəs çox xoşbəxtdir”
“Çelsi”nin baş məşqçisi Qrem Potter UEFA Çempionlar Liqasının 1/8 finalının “Borussiya” (Dortmund) ilə matçından sonra (2:0) açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, futbolçularının fantastik çıxış etdiyini deyib:
“Düzünü desəm, özümü necə hiss etdiyimi anlaya bilmirəm. Qarışıq duyğular var. Yəqin ki, gərginliyi təsəvvür edə bilərsiz. Məncə, futbolçularım fantastik oynadılar. Çox yaxşı idilər. Bir neçə qol epizodu yarada bildilər. Qələbə qazandığımız üçün şadam. Hazırda əhvalımız əladır.
Paltardəyişmə otağında gözəl ab-hava var idi. Hər kəs çox xoşbəxtdir. Çətin sınaqdan keçdik. Qələbə qazanıb 1/4 finala yüksəlmək istəyirdik. Bu turnir bizim üçün çox önəmlidir. Qazandığımız qələbə bizi qarşıdakı həftələrdə müsbət enerji ilə yükləyəcək”.
İki oyunun nəticəsinə əsasən, “zadəganlar” Dortmund təmsilçisini 2:1 hesabı ilə məğlub edib və 1/4 finala yüksəlib.
Bizi Facebook-da izləyin