“Çətin olsa da, qələbə qazandım” – Avropa çempionu olan azərbaycanlı
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev açıqlama verib.
Komanda.az xəbər verir ki, 60 kq-da çıxış edən idmançı ilk dəfə bu çəkidə ölkə çempionatında mübarizə apardığını bildirib:
“Çətin olsa da, qələbə qazandım. Beynəlxalq arenada da bu çəkidə debütüm oldu. Ona görə də, çətinliklə üzləşdim. Çünki əvvəllər 55 kq-da güləşirdim”.
Əliyev yarışa tam hazırlıqlı getdiyini deyib:
“Yaxşı təlim-məşq toplanışı keçmişdik. İlk rəqibim daha öncə bir dəfə qalib gəldiyim Türkiyə güləşçisiydi. Çox güclü rəqib idi, amma 6:5 hesabıyla qalib gəldim. Yarımfinalda Gürcüstan idmançısını 7:1 hesabıyla məğlub etdim. Finalda İsrail güləşçisiylə qarşılaşdım. Birgə təlim-məşq toplanışlarında çox olmuşuq. Ona görə də, mənim güləş üslubumu yaxşı bilirdi. Buna baxmayaraq, ona da 5:3 hesabıyla qalib gələrək çempion oldum”.
Bizi Facebook-da izləyin