“Çətin olacaq” – Azərbaycan millisinin üzvü


Azərbaycanın futzal millisinin üzvü Eduardo Borges dünya çempionatının əsas mərhələsindəki rəqiblər haqda danışıb.

Komanda.az xəbər verir ki, o, Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında onları gərgin mübarizə gözlədiyini bildirib:
 
“Həmişəki kimi, bizi gərgin mübarizə gözləyir. Çətin olacaq. Polşaya qarşı oynamamışam. Onların gücü haqda bir söz deyə bilmərəm. Amma onlarla müqayisədə Yunanıstan nisbətən zəifdir. Əlbəttə, hər oyunun öz məsuliyyəti, gedişatı var. Bizim üçün hər bir görüş finala bərabər olacaq. Komandanın hər zamankı kimi bir məqsədi var: əsas mərhələni birinci pillədə başa vurmaq və elit-raunda yüksəlmək. Başqa yolumuz da yoxdur. Növbəti mərhələ haqda isə işimizin öhdəsindən gəldikdən və oradakı rəqiblərimiz müəyyənləşdikdən sonra danışmaq olar. İstəyirik yenidən dünya çempionatının final mərhələsinə yüksələk. Bacarmaq üçün əlimizdən gələni edəcəyik. İşimiz çoxdur, yaxşı hazırlıq keçməliyik”.

İyulun 7-də keçirilmiş püşkatmanın nəticəsinə uyğun olaraq Azərbaycan millisi 6-cı qrupda Polşa və Yunanıstanla qarşılaşacaq. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri elit-raunda birbaşa vəsiqə qazanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button