Klinsmann Cənubi Koreya millisində – Rəsmi
Yurgen Klinsmann Cənubi Koreya yığmasının baş məşqçisi təyin olunub.
Komanda.az xəbər verir ki, bu barədə Cənubi Koreya Futbol Assisiasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb.
Almaniyalı mütəxəssis Asiya təmsilçisi ilə 3,5 il müddətinə sözləşmə imzalayıb. Anlaşmaya əsasən, o, DÇ-2026-nın sonuna qədər komandanın “sükanı arxasında” olacaq.
Müqavilənin şərtinə görə, 58 yaşlı məşqçi bu müddət ərzində Cənubi Koreyada yaşayacaq.
Bu postda portuqaliyalı Paulo Bentunu əvəzləyən Klinsmannın debütü martın 24-də, Ulsanda Kolumbiya millisinə qarşı keçiriləcək yoldaşlıq görüşünə təsadüf edəcək.
Klinsmann son olaraq 2019/2020 mövsümündə Almaniyanın “Herta” komandasını çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin