Cəlal oynadı, komandası səfərdən 1 xalla qayıtdı
Bolqarıstan çempionatında 7-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Slaviya” (Sofiya) ilə qarşılaşıb.
Hüseynovun komandası bu oyunda 1 xalla kifayətlənib – 1:1. Start heyətində yer alan Cəlal sonadək oynayıb.
“Arda” hazırda 10 xalla 7-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin