
Cəfərquliyev: “Bilirik ki, sabah bütün Azərbaycanın gözü bizdə olacaq”
“Qarabağ” sabah UEFA Çempionlar Liqasının 4-cü turunda “Çelsi”ni (İngiltərə) qəbul edəcək.
Komanda.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyundan bir gün əvvəl “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Konfransda ağdamlıların müdafiəçisi Elvin Cəfərqliyev də iştirak edib. O, çox güclü komanda ilə oynayacaqlarını deyib:
“Sabah çox güclü komandaya qarşı oynayacağıq. Bunun fərqindəyik. Bilirik ki, sabah bütün Azərbaycanın gözü bizdə olacaq. Rəqib komandanı təhlil etmişik, zəif və güclü tərəflərini bilirik. Oyuna tam hazırıq. Belə komandalara qarşı çox oynamışıq.
Meydanda mən qırmızı vərəqə almağa deyil, top almağa daha çox üstünlük verirəm.
“Çelsi”ni təhlil etmişik. Burda zəif tərəflərini açıqlamaq istəmirəm. Düşünürəm ki, sabah maraqlı oyun olacaq”.
“Çelsi” Çempionlar Liqasının ilk 3 turundan sonra 6 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Eyni xala malik “Qarabağ” isə 13-cüdür. Qarşılaşmanın start fiti sabah saat 21:45-də səslənəcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



