“Cəbrayıl” UEFA Region Kubokunda mübarizəni dayandırdı

Azərbaycanı UEFA Region Kubokunda təmsil edən “Cəbrayıl” komandası bu gün ilkin seçmə mərhələnin 2-ci qrupunda növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, rəqib yenə Belarusun “Kolos” komandası olub. Şamaxı şəhər stadionunda keçirilən matça saat 16:00-da start verilib.

Bu komandalar arasında ayın 24-də keçirilmiş ilk matçda “Kolos” qalib gəlmişdi – 2:1. “Cəbrayıl” növbəti mərhələyə yüksəlmək üçün bugünkü görüşünü inamlı qələbə ilə başa vurmalıydı. Əks halda Azərbaycan təmsilçisi qrupda qalacaq və mərhələ adlaya bilməyəcəkdi. 8 qolun qeydə alındığı matç “Cəbrayıl”ın növbəti məğlubiyyəti ilə başa çatıb. Beləcə, növbəti mərhələyə “Kolos” vəsiqə qazanıb.

İlkin mərhələnin 1-ci qrupunda Gürcüstanın “Basiani”, Qazaxıstanın “Kaskelen” və Estoniyanın “Tallinna Zapoos” komandaları çıxış edir. Bu qrupun qalibi sabah müəyyənləşəcək. Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə uğrunda mübarizə aparacaq. Qalib komanda əsas mərhələdə Türkiyə, Portuqaliya, Finlandiya komandasına rəqib olacaq.

UEFA Region Kuboku
İlkin mərhələ, 2-ci qrup

26 iyun

Cəbrayıl – Kolos 2:6
Qol
: Məhəmməd Xəlilov, 10. Rəşad Həmidov, 30 – Mikalay Hurinoviç, 5. Sergey Lizunov, 31; 61; 77-pen. Denis Simançuk, 72. Mixail Karatkeviç, 86.
Hakimlər: David Smayts, David Qabrovets (hər ikisi Sloveniya), Paskal Hirtsel, Luka Sibelli (hər ikisi İsveçrə)
Şamaxı şəhər stadionu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button